“Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur - BƏYANAT
“Artıq uzun müddətdir özünü radikal erməni diasporunun muzdlu carçısına çevirmiş “Freedom House” 2024-cü il iyulun 1-də növbəti anti-Azərbaycan hesabat dərc edib. Hesabatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilir. Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübudutur”.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda deyilir: “Sö...