Putin AZAL təyyarəsinə görə bir daha İlham Əliyevdən üzr istədi
Xəbər verdiyimiz kimi Düşənbədə, Kohi Somon iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, Putin İlham Əliyevə görüşə AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsi ilə başlamağı təklif edib.
O, İlham Əliyevlə söhbətində AZAL təyyarəsi ilə baş vermiş faciənin Rusiyanın hava məkanında yaşandığına görə üzr istədiyini xatırladıb.
Putin görüş zamanı İlham Əliyevə AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə ən səmimi başsağlığını bir daha ifadə edib.
Kremlin sahibi AZA...