Yol Polisi piyadalara müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur.
Qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxı...