Dəmiryolu vağzallarına dair tələblər müəyyənləşdi – QƏRAR
"Dəmiryol vağzalları. Layihələndirmə normaları" təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qərar imzalayıb.
Qərara əsasən, bu normalar yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan dəmiryolu vağzallarının layihələndirilməsinə, habelə onların bölmələrinin təşkilinə, torpaq sahələrində yerləşdirilməsinə dair tələbləri müəyyən edir.
Normalar mövsümi istifadə üçün nəzərdə tutulan vağzalların, sərnişin pavilyonlarının, digər bina və tikililərin layihələndirilməsinə şamil edilməyəcək.
Beynəlxalq və şəhərlərarası məsafələrə sərnişin daşınmalarına xidmət edən dəmiryolu vağzalları təyin edilən hes...