DYP-dən yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ
“Hazırda paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYP) məlumat yayıb.
Xüsusilə qeyd edilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir:
“Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir.
Bu səbəbdən sürücülərdən xahiş edirik ...