Bu şəxslər rüsumdan AZAD EDİLİR
Şəhid ailələri və müharibə əlilləri əmlaka mülkiyyətin qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən daşın...