Güclü külək nə vaxtadək DAVAM EDƏCƏK? – FOTO
Milli Hidrometeorologiya Xidməti dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bizim.Media xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Kürdəmir, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan,...