Hava KƏSKİN DƏYİŞİR – Külək güclənəcək, qar yağacaq
Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək yağıntının intensiv olacağı ehtimalı var.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Məlumatına əsasən Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.
Dekabrın 27-də bəzi rayonlarda güclü külək əsəcəyi də gözlənilir. Qurum gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bil...