Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ
Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib.
Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 31 mart 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18 203 şəxs barəsində tətbiq olunub.
Amnistiya tətbiq olunan şəxslərin 5 310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.
Bundan ə...