Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO
Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilən evlərə yerləşdirilib.
Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra onlara açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib.
O, sakinləri təbrik edərək, onların yeni evlərdə sağlam, xoşbəxt və təhlükəsiz yaşamalarını arzulayıb. M.Əfəndiyev çıxışında qeyd edib ...