Turistlərin heyranlıqla gəzdiyi İçərişəhər - VİDEO
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər paytaxtın ən çox ziyarət olunan turizm məkanlarından biridir.
Bizim.Media xəbər verir ki, xarici turistlər bura böyük maraq göstərir, tarixi abidələr və muzeylərlə yaxından tanış olurlar. Şirvanşahlar Sarayı Kompleksi, Miniatür Kitab Muzeyi, Qız Qalası və digər tarixi məkanlarda turist axını xüsusilə çox olub.
Turistlər bildirirlər ki, İçərişəhərə daxil olduqları andan fərqli bir ab-hava hiss edirlər. Onların sözlərinə görə, qədim şəhər çox yaxşı qorunub saxlanılıb və burada zəngin tarix açıq şəkildə duyulur. İçərişəhəri gəzərkən insan özünü sanki qədim bir filmin içində hiss edir. Abidələrin bu cür mühafizə olunması zi...