8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün - martın 8-i Beynəlxalq Qadınlar Günüdür.
Bizim.Media xəbər verir ki, Beynəlxalq İşçi Qadınlar Günü kimi də tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.
8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Komboca, Çin, Konqo, Laos, Makedonya, Monqolustan, Nepal, Şimali Koreya və Uqanda qeyri-iş günü sayılır.
BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 1857-ci il mart ayının 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sekto...