“Zəngəzur dəhlizi bir neçə strateji marşrutu birləşdirir” - Əmirbəyov
“Zəngəzur dəhlizi bir neçə məqsədə çatmağa imkan verəcək. Birincisi, bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Həmçinin bu marşrut Ermənistan və Azərbaycanı artıq üç onillikdən sonra birləşdirəcək. Bundan əlavə, o, Asiyadan Avropaya alternativ marşrutlardan biri olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın “TVP World” televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, bu, nəqliyyat əlaqələrinin ən vacib tərkib hissəsidir və Asiya ilə Avropa arasında ticarət dövriyyəsini hər iki istiqamətdə artırmağa imkan verəcək:
“Cənubi Qafqazda möhkəm sül...