Gələn il pensiya kapitalı nə qədər artırılacaq? – AÇIQLAMA
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
“Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq”, - deputat bildirib.
Pensiya kapitalının nə qədər artırılacağına...