Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün YENİLİK

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün YENİLİK

Hazırda oxunan: Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün YENİLİK

73330
Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, eksternat imtahanları 14-15 yanvar tarixlərində paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq.

 

Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.

Trend.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO