"Son gün 13 sentyabr saat 18:00-dır" - Valideynlərə XƏBƏRDARLIQ!

"Son gün 13 sentyabr saat 18:00-dır" - Valideynlərə XƏBƏRDARLIQ!

Hazırda oxunan: "Son gün 13 sentyabr saat 18:00-dır" - Valideynlərə XƏBƏRDARLIQ!

266214

Ölkə üzrə I siniflərə 132 261, məktəbəhazırlıq qruplarına isə 89 000 uşaq qəbul olunub.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


Agentlikdən bildirilib ki, 2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır:

 

"Hazırda ölkə üzrə 1-ci siniflərə 132 261 nəfər, məktəbəhazırlıq qruplarına isə 89 000 nəfər uşaq qəbul olunub.Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər".

 

Qeyd edək ki, qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.

 

Firuzə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO