Şuşa, Ağdam və Zəngilanda məktəblər tikilir

Şuşa, Ağdam və Zəngilanda məktəblər tikilir

Hazırda oxunan: Şuşa, Ağdam və Zəngilanda məktəblər tikilir

177197
İşğaldan azad edilmiş Suqovuşan, Füzuli, Ağdam, Şuşa, Cəbrayıl və Zəngilanda ümumtəhsil müəssisələrinin inşası nəzərdə tutulub.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hazırda Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam etdirilir. Eyni zamanda, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur.

Cəbrayıl və Füzulidə 960 şagird yerlik tam orta məktəbin tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin əsaslı təmirinin layihə-smeta sənədləri hazırlanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO