Azərbaycanda uşaq bağçalarının sayı AÇIQLANDI

Azərbaycanda uşaq bağçalarının sayı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda uşaq bağçalarının sayı AÇIQLANDI

166107
"Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb".

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əgər bağçalara valideyn işə gedəndə uşağını qoyacağı yer kimi yanaşılarsa, burada təhsil məsələsindən danışmaq olmaz: "Ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-i dövlətə məxsusdur. Orada 126 mindən çox uşaq tərbiyə alır. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17 218 nəfər işləyir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO