“Mənim məktəbim” layihəsinə start verildi

“Mənim məktəbim” layihəsinə start verildi

Hazırda oxunan: “Mənim məktəbim” layihəsinə start verildi

141251
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ASAN radionun birgə təşkilatçılığı ilə "Mənim məktəbim” layihəsinə start verilib. 
 
Sfera.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərinin yığcam fəaliyyət hekayələri əsasında ayrı-ayrı təhsil müəssisələri barədə məlumatları daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

Qısa radioçarxda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.

Bununla yanaşı, "Mənim məktəbim” layihəsi doğma məktəbə olan sevginin azalmadığını nümayiş etdirir, dinləyicilərdə nostalji duyğular oyatmaqla onları keçmişə, məktəb illərinə qaytarır. Oxuduğu məktəb haqqında BŞTİ-nin təqdim etdiyi mənbə əsasında bir daha eşitmək istəyənlər ASAN radionu dinləyə bilərlər.
Layihə çərçivəsində təqdim olunan radioçarxlar hər gün saat 08:44, 09:44, 15:44 və 17:44-də 100FM-ə səsləndiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO