Aparıcı Elgiz Əkbər “Günə baxan”x9d verilişində dəyişiklik edib.
Axşam.az-ın məlumatına görə, yeni mövsümlə bağlı yayıma başlayan aparıcı bundan sonra proqramda şou ilə yanaşı, sosial mövzuların da müzakirə ediləcəyini vurğulayıb:
“İldə bir dəfə həyəcanlanıram. O da yeni mövsümə başlayanda apardığım ilk verilişdə. Burada həm “Elgizli axşamlar”x9d, həm “Adam içində”x9d olacaq. Gündəmdə olan bütün məsələlər bizim diqqətimizdə olacaq. Şikayətləri qəbul edib, yoluna qoyacağıq”x9d.


































































































