ATV telekanalının məşhur aparıcısı Cavid Gül müğənni Günay İbrahimlinin “Söz olar”x9d klipindən 15 saniyəlik videonu özünün “Instagram”x9d hesabında paylaşıb.
Publika.az xəbər verir ki, sözügedən videoda klip montaj olunub. İlk kadrda müğənninin başına qarpız düşür və bundan sonrakı fraqmentlərdə Günayın başı qarpıza çevrilir. Beləliklə, “qarpızbaş Günay”x9d başlayır mahnı ifa etməyə.
Video Günayın da çox xoşuna gəlib və Cavidin gülməli montajını yumor hissi ilə qarşılayaraq videonu həm də öz səhifəsində paylaşıb.





























































































