Gənc və istedadlı müğənninin çoxdan gözlənilən konserti reallaşacaq.
Özünəməxsus ifa tərzinə və qeyri-adi səs tembrinə malik olan rusiyalı müğənni Nyuşa bakılıların qarşısında çıxış edəcək.
Moderator.az AzərTAc-a istinadən xəbər verir ki, gənc və istedadlı müğənninin çoxdan gözlənilən konserti sentyabrın 26-da Heydər Əliyev Sarayında reallaşacaq.





























































































