Ledi Qaqa Bakı hotellərinin birində bir neçə gün gizli yaşayıb

Ledi Qaqa Bakı hotellərinin birində bir neçə gün gizli yaşayıb

Hazırda oxunan: Ledi Qaqa Bakı hotellərinin birində bir neçə gün gizli yaşayıb

81451
“Müğənnini gizlin saxlamaq çox çətin idi”x9d.

İyunun 12-də “Bakı-2015”x9d I Avropa Oyunlarının açılış mərasimində çıxış edən məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqanın bir neçə gün Bakı hotellərindən birində gizli yaşadığı məlum olub.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Bakı 2015"-in mərasimlər üzrə direktoru Ketrin Uqvu xa0“Associated Press”x9d agentliyinə bildirib.
xa0
“Ledi Qaqanı gizlin saxlamaq çox çətin idi. Ancaq o, çox nəzakətli davrandı və çıxışa qədər bir neçə gün ərzində mehmanxanada gizli qalmağa razılaşdı”x9d, - deyə K. Uqvu bildirib.
xa0
Qeyd edək ki, tədbirin açılışında sənətçi piano arxasında “İmagine”x9d ("Xəyal et") mahnısını ifa edib.
xa0
K. Uqvunun sözlərinə görə, təntənəli tədbirdə Ledi Qaqanın səhnədə görünməsi tamaşaçılar üçün gözlənilməz olub, çünki onun çıxışı proqramda əvvəldən bildirilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO