Telli hamıdan gizlətdiyi sevgilisi barəsində danışdı -  VİDEO

Telli hamıdan gizlətdiyi sevgilisi barəsində danışdı - VİDEO

Hazırda oxunan: Telli hamıdan gizlətdiyi sevgilisi barəsində danışdı - VİDEO

77861
Aşıq göz yaşlarına boğuldu.

ANS-də Zaur Nəbioğlunun aparıcılığı ilə yayımlanan “A-dan Z-yə”x9d verilişinin mətbuat katibi Oxu.Az-a efirə getməyən kadrlarla bağlı açıqlama verib.

“Sosial şəbəkədə verilişimizin adına olan səhifədə keçən həftə aşıq Telli ilə bağlı anonsumuz yayımlandı. Amma ötən verilişdə anons olunan o süjet yayımlanmadı. Bunu biz Tellinin istəyi ilə yayımlamadıq. O süjetdə Telli anasının səhhəti ilə bağlı açıqlama vermiş və göz yaşlarına sahib ola bilməmişdi.

Digər məqam isə onu sevən şəxsin haqqında Tellinin dediyi sözlər idi. Hətta həmin şəxs çəkiliş məkanında idi. Biz çəkiliş etdik, anons yığdıq və sosial şəbəkədə yayımlandı. Dərhal Telli verilişimizin prodüserinə zəng edib öz etirazını bildirdi ki, mənim ağladığımı görüb qardaşım məni danlayır, xahiş edirəm o süjeti yayımlamayın. Hətta prodüserlə telefon söhbəti zamanı Telli qardaşının onun sevgilisini görərsə və aşığın onun barəsində danışdığını eşidərsə böyük qalmaqal yaranacağını deyərək həmin materialın yayımlanmamasını xahiş edib.

Verilişimizin yaradıcı heyəti hər bir qonağına hörmətlə yanaşdığından və şəxsi məsələlərlə bağlı heç kimə heç nəyi məcbur etmədiyinə görə biz o süjeti yayımlamadıq. Lakin bizə ünvanlanan çoxsaylı sualları nəzərə alaraq yayımlanmalı olan süjetin birinci - anasının səhhəti ilə bağlı olan hissəsini təqdim etdik, sevgilisi ilə bağlı hissəni yayımlamadıq”x9d,- deyə o bildirib.

Açıqlamasının sonunda “A-dan Z -yə”x9d verilişinin mətbuat katibi “Maşın”x9d şounun yayımı ilə bağlı bir müddətlik efir vaxtının dəyişməsi və bu şənbə saat 16:55- də yayımlanacaq verilişin qonağı xalq artisti Brilyant Dadaşova olacağını vurğuladı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO