Bu xəstəlik ona milyonlar qazandırıb. Dünyanın ən qeyri-adi modellərindən biri həm də ən çox qazanan qadınlardandır. ANS PRESS-in məlumatına görə, Maykl Cekson xəstəliyi kimi tanınan vitiligo (dəridə rəng piqmentlərinin itirilməsi) xəstələrinin çoxu uşaqlıqdan cəmiyyətdən təcrid edilir, yaşıdlarının təhqirlərinə məruz qalır.
Model Vinni Harlovun xəstəliyi 4 yaşında müəyyən edilib. Həkimlər ona dərisinin piqmentlərini itirdiyini, həyatı boyu bunun davam edəcəyini deyib.
Ən ağır zaman isə məktəb illəri olub. Uşaqlar onu inək və ya zebra adlandırıb. Buna görə də o saysız məktəb dəyişdirməli olub.
Lakin gənclik illərində hər şey dəyişib. Simmetrik ləkəli görünüşündə bir gözəllik olduğunun fərqinə varıb və ideal bədən quruluşu ilə bol-bol fotolar çəkdirərək sosial şəbəkələrə yükləyib.
Bu fotolar sayəsində o məşhur amerikalı model Tayra Benk tərəfindən İnstagramda kəşf edilib. Bununla da qəribə görünüşlü model eyni xəstəlikdən əziyyət çəkənlərə ilham mənbəyi olub.
İndi bu fərqli gözəl bir çox tanınmış brendlərin siması və podiumların ən çox axtarılan modelidir.








































































































