Evli kişi müğənniyə görə damarını doğradı- FOTO

Evli kişi müğənniyə görə damarını doğradı- FOTO

Hazırda oxunan: Evli kişi müğənniyə görə damarını doğradı- FOTO

52133
Xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşovaya vurulan ailəli şəxsin tükürpədici sevgisi hər kəsi şoka salıb. 

Moderator.az gecce.az-a istinadən xəbər verir ki, bu gün “Evdəyik” verilişində məşhurlar və onların fanatlarından danışılıb. Verilişə qonaq qismində təşrif buyuranlar arasında xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova da olub.

Mövzu ilə bağlı müğənni başına gələn tükürpədici hadisədən danışıb:

“Elə bir fanatım var ki, fanatmı deyim, o fanat deyil artıq! Addım-addım izləmək, mən özüm də bilmirəm haraya gedirəm, artıq məndən qabaq bilirdi ki, haraya gedəcəm. O artıq öncədən harasa kimisə göndərirdi. Bir də görürdüm, telefonum da izlənilirdi. Çox geniş imkanlara sahib insandı.

Məsəl üçün, mən yolu tapa bilmirdim, zəng vurub deyirdi: “Filan, filan, filan yoldan gedərsiniz”. Deyirdim ki, “Ay bala, yenə sən?! Əl çək də məndən. Nə istəyirsən axı?”

Deyir: “Elçi gedəcəm, atandan səni istəyəcəm. Mən onsuz da boşanıram”. Ailəlidir özü də.

Mən heç vaxt ailə dağıtmamışam. O mənə görə içkiyə qurşandı, damarını da kəsdi. Daha nələr eləmədi?!”

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO