Məndə heç vaxt darıxmaq hissi olmayıb. İndi başa düşürəm darıxmaq nədir. İndiki yaşımda darıxıram, amma kim üçün deməyəcəm”x9d.
Bu sözləri əməkdar artist Röya Ayxan “Asan radio”x9dda Emin Musəvinin qonağı olarkən deyib. Müğənninin oxuduğu “Sənə ehtiyacım var”x9d mahnısı səsləndirilərkən duyğulu anlar yaşayıb.
O, aparıcının “Kim üçün darıxdığını demirsənsə, verilişi dayandıraq gedək. Səmimiyyətdən danışırıq, amma ad demirik. İndi yəqin o adam göz qabağındadır”x9d sözlərinə belə cavab verib:
“Darıxıram. O, mənim gözümün önündən heç vaxt getmir”x9d.
E.Musəvi “Niyə zəng etmirsən ki, həyatına qayıtsın? Azad qadınsan”x9d söyləyib.
“Yox, olmaz”x9d deyən, Röya göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, R.Ayxan məmur oğlu olan sevgilisindən ayrılıb. Bir müddət əvvəl müğənni “Onu çox sevirəm. Niyə uzadırsan bu məsələni? Gəl barışaq, bitsin”x9d açıqlamasını vermişdi.(Axşam.az)
































































































