“Müğənnilər getdikləri məkana uyğun geyinmirlər”x9d

“Müğənnilər getdikləri məkana uyğun geyinmirlər”x9d

Hazırda oxunan: “Müğənnilər getdikləri məkana uyğun geyinmirlər”x9d

122195
Şou-biznes nümayəndələrinin geyim məsləhətçisi, stilist Elnarə Bəkirova yerli məşhurların geyimlərindən danışıb. 
Stilist bildirib ki, müğənnilərin çoxu özünə yaraşanı geyinmir: “Çox az müğənni var ki, getdiyi məkana uyğun geyinir. İnsanların çoxu məşhurların tərzini izləyib, ona uyğun geyim seçir. Məşhurlar dəbi təlqin etməlidir. Bizdə isə çox az məşhur dəbi özünə, bədən quruluşuna uyğunlaşdıra bilir. Allah hər insana zövq vermir, bu, istedaddır. Sənətçilər özlərinə uyğun olanı geyinmək üçün dəbdən anlayışı olanlarla məsləhətləşsələr, yaxşı olar. Bilməmək ayıb deyil”x9d.

E.Bəkirova azərbaycanlı qadınların geyim tərzindən də danışıb: “Bizim qadınlar çox gözəldir. Mən istəyərdim ki, qadınların daim üzündə gülüş olsun. Qadını geyimindən çox gülərüzlülüyü xoş aurada göstərir. Bizim xanımların geyimlərində qüsurlar var. Kilolu xanımlar dar paltarlara üstünlük verməməlidir. Geyindikləri libasın kəsiminə, rənginə fikir verməlidir. “Kilolu qadınlar tünd rəngli geyimlər geyinməlidir”x9d deyə anlayış yoxdur. Bizim qadınlar əvvəllər daha baxımlı idilər. İndi isə xüsusilə sport və salaş geyimlərə üstünlük verirlər. Mən məsləhət görürəm ki, xanımlar daha sadə və zərif olsunlar. Çox daş-qaşla bəzədilmiş libaslardan uzaq dursunlar”x9d. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO