Azərbaycanın musiqi tarixinin 10 ən biabırçı klipi -  VİDEO

Azərbaycanın musiqi tarixinin 10 ən biabırçı klipi - VİDEO

Hazırda oxunan: Azərbaycanın musiqi tarixinin 10 ən biabırçı klipi - VİDEO

121350
Musiqi tariximiz qara səhifələrlə doludur. 

Moderator.az musiqi tariximizin 10 ən biabırçı klipi.

10. Karvan qrupu ”“ Qara Gözlər



Dörd nəfərə iki çaynik çay, hərəyə bir qız. Klipdə “razborka”x9d əhval-ruhiyyəsi ilə çayxana masasına yanaşan gənclər birdən-birə oxumağa başlayırlar. Adama yarım çaynik oxunandan sonra evlənirlər. Bu isə onlar üçün heç də yaxşı bitmir.

9. Nadir Bayramlı ”“ Qızların əlindən



Avtostopla səyahət edən 2 qız və 1 oğlana maşın saxlayan Nadir Bayramlı, gənclər maşına oturan kimi oxumağa başlayır. Bundan təsirlənən gənc oğlan, qızları Nadir müəllimə düzəltmək istəyir, Nadir müəllim gəncin niyyətini başa düşür və hərəkətə keçir. Klip boyu bizə gərgin anlar yaşadan qəhrəmanlar klipin sonunda maşını saxlayıb sağollaşırlar.

8. İsrail Məmmədov ”“ Her kim aşiq ola



Klipin əvvəlində İsrail müəllimin dostu ona məsləhət görür ki, subaylığın daşını atsın. “Məni o qədər qız sevir ki”x9d cavabını alan dost da, öz növbəsində “Dost düzünü deyər”x9d taktikasını seçərək “Onlar səni yox, pulunu sevir”x9dlə rəqibi susdurur: “Yəni İsrail müəllim, səni axı o qədər qız sevə bilməz.”x9d

7. Aqşin Fateh, Elşən Xəzər ”“ Vəfasız



Musiqisi kalkulyatorla oranjıman olunan mahnının klipində qəhrəmanlar iki-ikiyə bölüşüb Counter Strike oynayırlar. Zarafat edirik. İlk baxışdan klipdə iki qızın olduğu zənn olunsa da, bu sadəcə qrim ustasının məharətidir. Klipdə əslində bir qız olur, iki dostu fırladır. Axırda da metroya minib evə gedir.

6. Səyyad Əlizadə ”“ Su pərisi



Klipdə rejissor utanmayıb “xalxın arvadı”x9dna balıq kostyumu geydirərək çayda çimməyə məcbur edir. Qadına edilən ən ağır işgəncələr arasına girən klipin ideya müəllifi elə Səyyad müəllimin özüdür. Youtube tərəfindən dəfələrlə qadağan olunsa da, Səyyad müəllim bir yol tapıb təzədən yükləyir.

5. Aygun Kazımova ”“ Depresyondayım



Klipdə daxili dünyasını tamaşaçıya açan Aygün Kazımovaya ancaq bir söz deyə bilərik: “AzNeft dairəsində divan qoyub uzana bilən adamın depressiyaya düşməyə haqqı yoxdur.”x9d

4. Marat Darvazlı ”“ Nədəndir



Kliptə Marat Darvazlı kostyum geyinib dəniz qırağına gələrək zəmanədən şikayətlənir. Marat müəllimi hərdən dağüstü parkda da görmək olur. Hər halda zəmanədən şikayətlənmək üçün yerləri uğurlu seçməyib. Nə demək olar, hamısı o vaxtki zəmanədəndi.

3. İzzət Bağırov ”“ Dön Gəl



Bu klipdə rejissor demək istəyib ki, İzzət Bağırov pilləkənləri aşağı düşə-düşə də mahnı oxuya bilir. Mahnının Youtube`dakı 1 saatlıq versiyasında İzzət Bayıldakı 16 mərtəbənin 16-cı mərtəbəsindən aşağı düşür.

2. Səyyad Əlizadə, Niyaməddin Musayev, İbrahim Borçalı, Namiq Məna -Azərbaycanlıyam



Bu mahnı İbrahim Borçalının ilk Deep House bəstəsidir. Mahnıda Niyaməddin Musayev elementləri də hiss olunur. Klip haqda isə nəsə demək yersizdir. Onu Azərbaycan tarixi haqda qısa film də adlandırmaq olar.

1. Nazpəri ”“ Nə olar Allahım?



80-lərin sonu 90-ların əvvəllərində anadan olanların ilk uşaqlıq travması bu kliplə bağlıdır. Klipdə Nazpəri xanım bir kişiylə tanış olur. Gənclər bir gün piknikə getməyə qərar verirlər. Piknikdə elə təzə-təzə isinişməyə başlayırlar ki, birinci Nazpəri xanımın şalı uçur, onun arxasınca da sevgilisi. Yaxşi ki Allah onları vaxtında ayırdı, yoxsa Nazpəri xanımın işini bilmək olmaz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO