Kutsi “etibarsız”x9d hərbi bilet almaqda ittiham olundu -60 ilədək həbs

Kutsi “etibarsız”x9d hərbi bilet almaqda ittiham olundu -60 ilədək həbs

Hazırda oxunan: Kutsi “etibarsız”x9d hərbi bilet almaqda ittiham olundu -60 ilədək həbs

120388
Saxta “etibarsız”x9d hərbi bileti almaqda günahlandırılan müğənni-aktyor Kutsinin 21 ildən 60 ilədək həbsi tələb edilir. 
Aralarında Kutsi də olmaqla, 30 nəfər rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətində ittiham olunurlar. 

Müğənninin vəkili Sabahattin Gümanın iddiasına görə, 2006-2007-2009-cu illərdə ifaçıya verilən sənədlər onun ruhi sağlamlığının yerində olmaması haqda tərtib olunmuş həqiqi sənədlərdir. Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb. Kutsi məhkəməyə yazdığı şikayət ərizəsində saxta sənədləşdirmə iddiasının əsassız olduğunu yazıb:
 
“Mənə qoyulan psixoloji və ruhi xəstəliklə bağlı diaqnoz hələ 14 yaşımda ikən “Stevens Johnson Sindromu”x9d şəklində ortaya çıxıb. Bu xəstəlik nadir və ölümcül nəticələrə səbəb olan sindromdur. Saxta olduğu deyilən sənədlərdə 10 həkimin imzası var”x9d. 

Kutsi ilə yanaşı, digər 30 şəxsə saxta sənəd hazırlamaqda şübhəli bilinən həkim Haşmet İşıklının isə 302 ilədək həbsi istənilir. İddianamədə hərbi xidmətdən yayınmaq istəyən şübhəlilərin 20-30 min dollar qarşılığında saxta sənəd hazırladıqları yer alıb. 

Qeyd edək ki, “Stevens Johnson Sindromu”x9d dəridə dərmanlara və ya infeksiyalara qarşı ciddi reaksiya verən xəstəlikdir. Qripə bənzəyən əlamətlərlə başlayan bu xəstəlik zamanı dərinin üst qatının tökülməsi və qırmızı ləkələrin yaranması müşayiət olunur.(Axşam.az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO