Prodüser Tolik:

Prodüser Tolik: "Kişiliyimə şübhəniz var?"

Hazırda oxunan: Prodüser Tolik: "Kişiliyimə şübhəniz var?"

118854
Prodüser Tarix Əliyev (Tolik) əməkdar artist Elza Seyidcahanın onun haqqında dediklərinə cavab verib.xa0

Moderator.az-ın məlumatına görə, E.Seyidcahanın "Haqqımda paylaşımlar edib, məni gözdən salmaq istəyirlər. Sussam da bütün arxiv yazılar məhkəmədə öz haqqına çatacaq. "Ay Allah məni deputat elə" çox şərəfli arzudur. Vay o gündən ki, deyəsən "Ay Allah məni kişi elə". Kim xa0Elzaya sataşar, Allahın qəzasına tuş gələr" xa0sözləri prodüseri əsəbiləşdirib.xa0

Tolik müğənni ilə bağlı bunları bildirib:

"Mənim etdiyim arzu Elzanın xoşuna gəlməyib. Hələ 5 il də yaşayın, İnşallah deputat olacaqsınız. Niyə hamı sizi lağa qoyanda incimirsiniz? Mən sizin şeirinizi paylaşmışam, burda nə var ki? Söymüşəm, yoxsa təhqir etmişəm? Sizin mənim kişiliyimə şübhəniz var? Mən bilmirəm ki, bunu sizə necə sübut edim. Allahıma şükür efirlərə çıxıb etikadan uzaq şeirlərimlə insanların qulaqlarını paslatmıram. Xeyir əməllərimlə nümunə oluram. Mən də bəziləri kimi ildə iki toy edib, pul yığsaydım, indi deputat yox, nazir olmaq istəyərdim. Reklam etməyi xoşlayıram, baxın, sabah hamı sizdən yazacaq, şeirinizdən yox".

Qeyd edək ki, E.Seyidcahanın "Qadın bir şey istəyir" şeiri sosial şəbəkədə tənqid olunub. Tolik ifaçının şeirini paylaşaraq "Ay Allah məni deputat elə" şərhini yazmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO