"4 il sevdiyim kişidən uşaq dünyaya gətirmişəm, qeyri-adi nə var?" -Pişik Günel

Hazırda oxunan: "4 il sevdiyim kişidən uşaq dünyaya gətirmişəm, qeyri-adi nə var?" -Pişik Günel

106563
Şəxsi həyatını mediadan hər zaman gizli saxlamağa çalışan müğənni Günel Ələkbərova həyat yoldaşı ilə fotolarını sosial şəbəkədə paylaşıb. Qızının atası ilə olan fotolara yüzlərcə yaxşı və pis şərhlər yazılıb. Bu barədə eksklüziv olaraq Big.az-a danışan Günel əslində belə şərhlərin və onun ailəsinə müdaxilə edənlərin onda qıcıq yaratdığını bildirib: 

"Qızımın atasını heç vaxt, heç kimdən gizlətməmişəm. Hər zaman o mənimlə birgə tədbirlərdə, toylarda, çəkilişlərdə birgə olub. Onu cibimə qoyub gizlətməmişəm ki... Mən heç kəsə hesabat vermək məcburiyyətində deyiləm. Qızımın atası ilə nikahım var, halallıqla da övladımız dünyaya gəlib. Burada qeyri-adi də heç nə yoxdur. Şəxsi həyatımızdı özümüz bilərik. Fotolara mənfi şərhlər yazanlar isə ruhi xəstədirlər. Allah mənə gözəl pay verib, ata-anası da yanında. Bu həyatdı bilmək olmur ki, sabahısı nə olacaq məlum deyil. Kaş onlara da belə gözəl bala qismət olsun, başları öz işlərinə elə qarışssın ki, mənimlə işləri olmasın. Qızımın atası ilə fotolarımı sosial şəbəkədə paylaşmışam, kimsə də götürübsə, mənlik deyil".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO