Bu ilki parlament seçkilərində bir sıra tanınmış şəxslərin namizədliyi qeydə alınmadı. Onlardan biri də "Ağ blok" hərəkatının təsisçilərindən olan Əhəd Məmmədlidir.xa0
Moderator.az-a açıqlamasında Ə. Məmmədli DSK-nın ona qərəzli yanaşdığını iddia edib:
"Məni absurd və gülməli bəhanə ilə qeydə almadılar. Gediblər guya mənə imza verənlərdən video çəkiliş alıblar, onlar da deyiblər ki, bir neçə nəfərin yerinə qol çəkmişik. Mən də etiraz etdim və qeyd etdim ki, bu bir həftə ərzində 550 nəfəri tapıb və belə saxta imza tapmaq mümkünsüzdür. Bu, seçicilərə təzyiqdir. Və bu mənə qarşı sizin uydurmanızdır. Bunu siyasi qərar kimi qiymətləndirirəm. 34 saylı Xətai ikinci seçki dairəsindən Fuad Muradova yeganə rəqabət təşkil edə biləcək namizəd mən idim və buna görə də namizədliyim belə absurd qərarla ləğv edildi.
Bu gün MSK-ya şikayət etdim. Güman edirəm ki, MSK belə biabırçı qərara şərik çıxmayacaq və DSK-nın qərarını ləğv edib mənim namizədliyimi qeydə alacaq."































































































