“Zəngəzur dəhlizini güc yolu ilə açmaqdan başqa çıxış yolumuz qalmayacaq” – Zahid Oruc

“Zəngəzur dəhlizini güc yolu ilə açmaqdan başqa çıxış yolumuz qalmayacaq” – Zahid Oruc

Hazırda oxunan: “Zəngəzur dəhlizini güc yolu ilə açmaqdan başqa çıxış yolumuz qalmayacaq” – Zahid Oruc

99852

“Ölkəmizə qarşı hücumlar daha intensiv və mütəşəkkil xarakter alıb. Təkcə dünən İrəvana gələn 40 mülki formalı həbçi, xüsusi xidmət orqanlarının nümayəndələri bunu sübut edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“30 ildə beynəlxalq hüququn nə olduğunu bilməyən Ermənistanın ərazi bütövlüyündən danışması mütərəqqi addımdır. Emmanuel Makronun ötən həftə qeyd etdiyi kimi, Azərbaycanın Şərqi Zəngəzuru Naxçıvana birləşdirmə niyyəti olsa idi, o zaman 44 günlük müharibə daha qısa müddət çəkərdi. Çünki son sərhəd döyüşləri göstərdi ki, Ermənistanın bu istiqamətdə qurduğu müdafiə, Şuşada qurulandan daha zəif idi”, - deyə Zahid Oruc əlavə edib.

Millət vəkili üç mühüm nüansı da diqqətə çatdırıb:

“Birincisi, nə qədər ki, erməni hərbi qüvvələri bizim ərazilərdə qalacaq, ordumuzun da Ermənistan ərazisində möhkəmlənmək hüququ yaranacaq. İkincisi, nə qədər ki, Xankəndi-İrəvan yoluna biz nəzarət etməyəcəyik, o zaman Zəngəzur dəhlizini güc yolu açmaqdan başqa yolumuz qalmayacaq.
Üçüncüsü, nə qədər Qarabağ məsələsi həll olunmayıb desələr, müharibəni Ermənistan ərazisinə keçirməkdən başqa çıxış yolumuz qalmayacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO