“Mülki əhaliyə qarşı hücumların məsuliyyəti Ermənistanın üzərindədir” - RƏSMİ

“Mülki əhaliyə qarşı hücumların məsuliyyəti Ermənistanın üzərindədir” - RƏSMİ

Hazırda oxunan: “Mülki əhaliyə qarşı hücumların məsuliyyəti Ermənistanın üzərindədir” - RƏSMİ

99747

“Azərbaycanın mülki əhalisinə qarşı hücumlara, dinc əhalinin ölümünə və yaralanmasına görə məsuliyyət tamamilə Ermənistan hökumətinin üzərinə düşür”.

Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Gəncəyə raket hücumlarının ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, Azərbaycan Ermənistana döyüş meydanında cavab verib. 

C.Musayev əlavə edib ki, Ermənistan müharibənin ilk günlərindən Azərbaycana qarşı informasiya müstəvisində dezinformasiyalar, “feyk” xəbərlər yaymaqla məşğul olub:

“Buna görə də Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya məkanında da mübarizə aparmalı oldu. Bunun üçün Azərbaycan öz qapılarını bütün beynəlxalq mətbuat nümayəndələrinin üzünə açıb ki, onlar həqiqəti öyrənə bilsinlər. Müharibə zamanı Azərbaycan Prezidenti beynəlxalq mediaya müsahibələr verirdi, tviterdə paylaşımlar edirdi”. 

O bildirib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində iş aparır. 
 
Sektor müdiri Gəncəyə gəlmiş xarici diplomatları bu şəhərə raket hücumlarının nəticələri ilə bağlı bütün həqiqətləri öz ölkələrində bölüşməyə çağırıb. 

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. 

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. 

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO