Fəzail Ağamalıdan partiyası ilə bağlı yayılan iddiaya MÜNASİBƏT

Fəzail Ağamalıdan partiyası ilə bağlı yayılan iddiaya MÜNASİBƏT

Hazırda oxunan: Fəzail Ağamalıdan partiyası ilə bağlı yayılan iddiaya MÜNASİBƏT

99695

“Siyasi islahatların tərkib hissəsi kimi “Siyasi partiyalar haqqında” yeni qanun da qəbul edildikdən sonra, partiyaların siyasi sistemimizdə yeri və rolu güclənəcək, onları fəallığına geniş imkanlar yaranacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Fransa ilə əlaqələri kəsməliyik" - Fəzail Ağamalı  


Siyasətçi ölkəmizdə çoxsaylı siyasi partiyaların əksəriyyətinin ictimai-siyasi proseslərdə fəal iştirak etmədiyini vurğulayıb:

“Onların fəaliyyəti Azərbaycan cəmiyyətinə, demək olar ki, bəlli deyil. Çünki həmin partiyaların aktivliyi yoxdur. “Siyasi partiyalar haqqında” qanun layihəsinin də əsas məqsədi cəmiyyətin fəaliyyətində aktiv rol oynayan partiyaların fəaliyyətini stimullaşdırmaq və məhsuldarlığı gücləndirməkdir. Bu baxımdan layihədə orta həddə deyə biləcəyimiz 10 min üzv say həddi qoyulub və qeyd olunandan aşağı sayda üzvləri olan partiyaların yenidən qeydiyyatı mümkün olmayacaq. 

Bu halda ya ayrı-ayrı partiyalar arasında konsolidasiya (birləşmə) gedəcək, ya da onlar tarixin arxivinə qovuşacaqlar. Bu baxımdan partiyaların sayının azalması da təbiidir. Bəlkə də, partiyaların sayı 10-a qədər azalarsa, həmin siyasi təsisatların cəmiyyətimizə verə biləcəyi töhfələr daha çox ola bilər. Çünki həmin partiyalar artıq ciddi təşkilatlar kimi öz fəaliyyətlərinə davam edəcəklər”.

Millət vəkili partiyaların mümkün birləşməsi ehtimalının az olması ilə bağlı fikirlərə də münasibət bildirib:

“Bu partiyaların seçimidir. Onlar ya birləşə, ya da fəaliyyətlərini dayandıra bilərlər. Lakin yaxşı olardı ki, siyasi baxışları oxşar olan partiyalar birləşsinlər və fəaliyyətlərini birlikdə təşkil etsinlər. Hər halda bu haqda dəqiq proqnoz vermək çətindir. Yalnız qanunun qəbulundan sonra hansı meyillərin üstünlük təşkil edəcəyinə şahid olacağıq”.

Fəzail Ağamalı sədri olduğu Ana Vətən Partiyası ilə, Ağasif Şakiroğlunun rəhbərlik etdiyi Gələcək Azərbaycan Partiyasının birləşəcəyi ilə bağlı mətbuatda yayılan iddialara da münasibət bildirib:

“Bizim yeni qanun layihəsinin müddəaları və üzv sayı ilə bağlı hər hansı problemimiz yoxdur. Sözügedən iddianın, informasiyanın haradan qaynaqlanıdığı bəlli deyil. Kifayət qədər qeyri-ciddi məlumatdır. Bu tip qeyri-ciddi məlumata münasibət bildirməyimə, zənnimcə, ehtiyac yoxdur”.

Qeyd edək ki, “demokrat.az” saytının yaydığı məlumatda Milli Məclisin deputatı Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası (AVP) ilə Ağasif Şakiroğlunun sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) birləşməsi gözlənildiyi bildirilib. Birləşmədən sonra vahid partiyanın rəhbəri isə AVP sədrinin müavini Arzuman Abdulkərimov və ya Ağasif Şakiroğlu ola biləcəyi vurğulanıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO