Aİ-dən Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiya ilə bağlı QƏRAR

Aİ-dən Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiya ilə bağlı QƏRAR

Hazırda oxunan: Aİ-dən Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiya ilə bağlı QƏRAR

99620

Bu gün Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda planlaşdırılmış görüşü keçiriləcək. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək missiya təsdiqlənəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Aİ yayıb.

"Azərbaycan, Ermənistan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilən görüşdə missiyanın yaradılması barədə razılıq əldə olunub. Bazar ertəsi nazirlərin bu missiyanı təsdiq edəcəyi gözlənilir. Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək", - deyə məlumatda bildirir. 

Məlumatda iki ölkənin sərhədinə ilk müşahidəçilərin Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcəyi bildirilir və bunun "məsələnin aktuallığına görə" edildiyi izah edilir.

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündə Avropa İttifaqının mülki missiyasının sərhədə göndərilməsi barədə qərar qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO