"Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun qüvvəyə mindikdən sonra Azərbaycanda bir neçə siyasi partiya birləşə bilər. Fəaliyyəti olmayan, ictimai rəyə təsir etməyən və rəhbəri vəfat etmiş partiyaların daha fəal fəaliyyət göstərən siyasi partiyalara birləşməsi gözlənilir.
Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, artıq birləşəcək siyasi partiyalardan bir neçəsinin adı məlum olub.
Məlumata görə, Milli Məclisin deputatı Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası (AVP) ilə Ağasif Şakiroğlunun sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) birləşməsi gözlənilir.
Birləşmədən sonra vahid partiyanın rəhbəri isə AVP sədrinin müavini Arzuman Abdulkərimov və ya Ağasif Şakiroğlu ola bilər. Bunu partiyanın qurultayı müəyyən edəcək.
Həmçinin, əldə etdiyimiz məlumata görə, birləşəcək digər partiyalar isə Azərbaycan Xalq Partiyası ilə Ağ partiya ola bilər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:06 / 15.10.2022
SON DƏQİQƏ! Fəzail Ağamalının partiyası GAP-la birləşir?
Hazırda oxunan: SON DƏQİQƏ! Fəzail Ağamalının partiyası GAP-la birləşir?
Hazırda oxunan: SON DƏQİQƏ! Fəzail Ağamalının partiyası GAP-la birləşir?
99505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.