“Ermənistanı bir az da gözləmək lazımdır…” – Fərid Şəfiyev səbəbini AÇIQLADI

“Ermənistanı bir az da gözləmək lazımdır…” – Fərid Şəfiyev səbəbini AÇIQLADI

Hazırda oxunan: “Ermənistanı bir az da gözləmək lazımdır…” – Fərid Şəfiyev səbəbini AÇIQLADI

99253

Region ətrafında ciddi siyasi proseslər gedir. Son 10 gündə baş tutan 2 mühüm Zirvə Toplantısında Zəngəzur dəhlizinin Avrasiya üçün olduqca önəmli olması dönə-dönə qeyd edildi. 

Həm Praqada, həm də Astanada keçirilən görüşlərdə əsas müzakirə olunan məsələlərdən biri məhz bu dəhlizin daha tez istifadəyə verilməsi idi.

Bəs, bu çağırışlar Zəngəzur dəhlizinin daha tez açılmasına töhvə verə biləcəkmi? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Zəngəzur dəhlizi məsələsində hələ də konstruktiv mövqe göstərmədiyini söylədi: 
 

MÖVZU İLƏ BAĞLI:

"Erməni radikallar bədnam terror taktikasını geri qaytarır" - Fərid Şəfiyev


“Amma, mənə elə gəlir ki, bir az da gözləmək lazımdır. Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa, ola bilsin ki, müsbət bir mühit yarana bilsin. Və bundan sonra dəhliz məsələsi də öz həllini tapacaq.

Ermənistan başa düşməlidir ki, gec-tez bu dəhliz açılmalıdır. Baxmayaraq ki, ermənilər bəhanə gətirirlər ki, 10 noyabr bəyannaməsində Zəngəzur dəhlizi yoxdur. 

Amma orda yazılıb ki, insanlar və yüklər maneəsiz hərəkət edə bilərlər. Bu məsələnin birincisi tərəfi. İkinci tərəfi də ondan ibarətdir ki, deyilən yolda və yaxud dəhlizdə təhlükəsizlik məsələsi çox önəmlidir. Hələlik, hadisələrin inkişafını gözləmək lazımdır. Yəqin ki, gec-tez Ermənistan reallıqları qəbul etmək zorunda qalacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO