“Türkiyə Azərbaycan-Ermənistan arasında ədalətli sülhə çalışır” – Fəxrəddin Altun 

“Türkiyə Azərbaycan-Ermənistan arasında ədalətli sülhə çalışır” – Fəxrəddin Altun 

Hazırda oxunan: “Türkiyə Azərbaycan-Ermənistan arasında ədalətli sülhə çalışır” – Fəxrəddin Altun 

99162

“Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında ədalətli sülhün əldə olunmasına çalışırıq”. 

Bizim.Media “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib. 

“Digər tərəfdən, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Rusiya-Ukrayna müharibəsini və bu müharibənin yaratdığı humanitar böhranı sona çatdırılması üçün ilk gündən gərgin səylər göstərilir. 

Bu səmimi səylər qlobal problemə çevrilmiş taxıl tədarükü üçün Türkiyənin himayəsi altında dəhlizin açılması və Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin həyata keçirilməsi ilə nəticələnib”,- deyə Altun bildirib. 

O, qeyd edib ki, bu nəticələr təbii ki, xarici siyasətə baxışın və tendensiyaların beynəlxalq hadisələrlə uyğunlaşdırılması ilə əldə edilib. Bu məqamda Türkiyə və Qətərin xarici siyasətində harmoniyanın şahidi oluruq. 
Altun iki ölkə arasında beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında əməkdaşlığın, həmrəyliyin və koordinasiyanın gücləndirilməsi üçün çalışdıqlarını bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO