“Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.
Prezident İlham Əliyev bildirib ki, 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb:
“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:41 / 13.10.2022
İlham Əliyev Zəngəzur dəhlizinin vacibliyini bütün dünyaya BƏYAN ETDİ
Hazırda oxunan: İlham Əliyev Zəngəzur dəhlizinin vacibliyini bütün dünyaya BƏYAN ETDİ
Hazırda oxunan: İlham Əliyev Zəngəzur dəhlizinin vacibliyini bütün dünyaya BƏYAN ETDİ
99003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.