İlham Əliyev: “Ermənistan azərbaycanlılara qarşı sistemli müharibə cinayətləri törədib” - VİDEO

İlham Əliyev: “Ermənistan azərbaycanlılara qarşı sistemli müharibə cinayətləri törədib” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Ermənistan azərbaycanlılara qarşı sistemli müharibə cinayətləri törədib” - VİDEO

99000

"Ermənistan azərbaycanlı mülki şəxslərə və hərbi personala qarşı sistematik müharibə cinayətləri törədib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Ermənistan azərbaycanlı mülki şəxslərə və hərbi personala qarşı sistematik müharibə cinayətləri törədib. Təxminən 3 900 Azərbaycan vətəndaşı Birinci Qarabağ müharibəsindən bəri hələ də itkindir. Onlardan bir çoxuna işgəncələr verilib, öldürülüb və kütləvi məzarlarda dəfn ediliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: "Ermənistan itkin düşən azərbaycanlılarla bağlı məlumat vermir"


Biz azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkarladıq. Ermənistan itkin düşən şəxslərin taleləri və kütləvi məzarlıqların dəqiq yerləri ilə bağlı məlumatları Azərbaycana təqdim etməlidir.

Biz demək olar iki ildir ki, bu məlumatları tələb edirik. Lakin Ermənistan hökuməti bunu Azərbaycanla paylaşmağı rədd edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO