“Artıq rus elitası Rusiyanın biabırçı məğlubiyyətindən danışır” - Valeri Çeçelaşvilidən EKSKLÜZİV - VİDEO

“Artıq rus elitası Rusiyanın biabırçı məğlubiyyətindən danışır” - Valeri Çeçelaşvilidən EKSKLÜZİV - VİDEO

Hazırda oxunan: “Artıq rus elitası Rusiyanın biabırçı məğlubiyyətindən danışır” - Valeri Çeçelaşvilidən EKSKLÜZİV - VİDEO

98917

“Hesab edirəm ki, bu münaqişədə Rusiyanın məğlubiyyəti qaçılmazdır. Ukrayna gec-tez beynəlxalq prinsiplərə uyğun olaraq öz əraziləri üzərində nəzarəti bərpa edəcək. Bu da təkcə Ukraynanın deyil, bötövlükdə 45-ə yaxın anti-Rusiya koalisiyasının qələbəsi olacaq”.

Bu fikirləri Gürcüstanın Goesiyasi Proqramlar Mərkəzinin direktoru, GUAM-ın keçmiş rəhbəri Valeri Çeçelaşvili Bizim.Media-ya özəl müsahibəsində deyib.

O, əlavə edib ki, oktyabrın 9-u və 10-da Ukraynanın mülki əhalisinin yaşadığı əraziləri raket atəşinə tutması Rusiyanı beynəlxalq aləmin növbəti dəfə qınaq obyektinə çevirdi: 

“Doğrudur, Rusiya bu zərbələri Krım körpüsünün partladılmasına cavab kimi səciyyələndirdi. Amma, heç bir bəhanə dinc əhalinin qırğınına əsas vermir. Üstəlik, hamı bilir ki, Krımın partladılan körpüsü daha çox hərbi yüklərin daşınması üçün istifadə edilir”.

Gürcü politoloq son raket hücumlarının Rusiyaya iki tərəfdən güclü zərbə vurduğunu da söyləyib:

“Birincisi, Rusiya terroru dəstəkləyən və ona rəvac verən ölkə kimi tanındı.

İkincisi, beynəlxalq aləmin daha böyük həcmdə Ukraynaya humanitar və digər yardımlar edilməsinə stimul verdi. Ukraynanın qazanacağı güclü beynəlxlaq dəstək isə Rusiyanın məğlubiyyətini yaxınlaşdıracaq.

Mən inanmıram ki, ukraynalı hərbiçilər Rusiya ilə sərhəddə qədər gedə. Bu nəinki, ukraynalılara, heç avropalılara da lazım deyil. Rusiya öz-özünü məhvə sürükləyir. Həm ön cəbhədə, həm də arxa cəbhədə - rus elitası artıq birmənalı şəkildə Rusiyanın biabırçı məğlubiyyətindən danışır”. 
Valeri Çeçelaşvili onu da bildirib ki, indiki halda rus elitası ilə ciddi iş aparılmalıdır: 

“Çalışılmalıdır ki, Rusiyanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində mövcudluğu qalsın. Baxmayaraq ki, Rusiya Ukraynanın 4 vilayətini özünə qatmaqla sərhədlərini qarışdırdı. Rusiyanın dağılması dünyada çox böyük qlobal dəyişikliklərə səbəb ola bilər”.

Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO