Nüvə müharibəsi olacaqmı? – Nensi Pelosi vəziyyətdən istifadə edib biznesini genişləndirir

Nüvə müharibəsi olacaqmı? – Nensi Pelosi vəziyyətdən istifadə edib biznesini genişləndirir

Hazırda oxunan: Nüvə müharibəsi olacaqmı? – Nensi Pelosi vəziyyətdən istifadə edib biznesini genişləndirir

98900

ABŞ Səhiyyə Nazirliyi 300 milyon dollar dəyərində radiasiya əleyhinə Nplate preparatı alıb.

Bizim.Media xəbər verir ki, ABŞ Səhiyyə Nazirliyi ilk dəfədir belə dərman alır.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi də yaranmış fürsətdən istifadə edərək, öz biznesini çiçəkləndirib. Radiasiya əleyhinə dərmanlar istehsal edən Amgen şirkətinin 10 min səhminə sahiblənib. Amgen şirkətinin Nplate preparatının saxlanma müddəti soyuq şəraitdə 18 aydır.

Ağıllarda belə bir sual yaranır: Bu günə kimi təhdid vasitəsi olan nüvə müharibəsi baş verə bilərmi?

Siyasi ekspert Elman Vəliyev bildirir ki, nüvə müharibəsi gündəmi zəbt edən mövzulardandır. 
“Ancaq buna risk etmək çətindir. Nüvənin bir neçə növü, əhatə dairəsi vardır, yəni bir ölkəni, bir şəhəri, bir binanı məhv edəcək formaları. 2001-ci il 11 sentyabr əkiz qüllələrin partlamasında bu silahdan istifadə edilmişdir deyə bilərəm. Yoxsa qısa zamanda dəmir infrastruktura malik 417 m hündürlüyündə bina toz şəklini ala bilməzdi”. 

Ekspert bildirib ki, nüvə bombalarının ən çoxu və ən aktivləri Rusiyadadır: 

“Fransada, İngiltərədə, Hindistanda, Pakistanda, İsraildə Amerikada da var. Bunlar Ukraynaya görə Rusiya ilə nüvə savaşına girməzlər. Əgər, evangelistlərin və sionistlərin "Tanrını qiyamətə zorlamaq" ideologiyası icra prosesinə düşübsə, nüvə müharibəsinin ola biləcəyinə heç şübhəm yoxdur”.

Bəs Rusiya necə, nüvə silahından istifadə edə bilərmi?

“Rusiya tərəfi bunu gizlətmədi. Rusiya bunu deməklə həm, təhdid mesajı verdi, həm də fikrində qəti olduğunu bildirdi. Lakin Rusiya istifadə etsə belə, irihəcmli nüvə silahından istifadə etməz”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO