İlham Əliyev: “Uçurumun kənarında idik, Heydər Əliyevin qətiyyəti bizi xilas etdi”

İlham Əliyev: “Uçurumun kənarında idik, Heydər Əliyevin qətiyyəti bizi xilas etdi”

Hazırda oxunan: İlham Əliyev: “Uçurumun kənarında idik, Heydər Əliyevin qətiyyəti bizi xilas etdi”

98875

“Biz uçurum kənarında idik, qonşu ölkənin işğal, hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik. Ən ağır müharibə vətəndaş müharibəsidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılışında iştirak edib - FOTO


Prezident təəssüflə Azərbaycan xalqının bunun acısını çəkdiyini deyib:

“Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna çıxardı, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu.

Bu səbəbdən də biz deyəndə ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir, biz tamamilə haqlıyıq.

Biz onun davamçılarıyıq, əlbəttə, vəziyyətin spesifikliyi nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə etdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, biz bunu iki il əvvəl şərəflə yerinə yetirmişik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO