Prezident Bişkekin müəllim və şagirdlərini Azərbaycana dəvət etdi

Prezident Bişkekin müəllim və şagirdlərini Azərbaycana dəvət etdi

Hazırda oxunan: Prezident Bişkekin müəllim və şagirdlərini Azərbaycana dəvət etdi

98871

"Mən Heydər Əliyevin xatirəsinə belə yanaşmaya görə bir daha Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına təşəkkürümü bildirirəm. Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərin müəllim və şagirdlərini Azərbaycana dəvət edirəm". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılışında iştirak edib - FOTO


Dövlətimizin başçısı səfərlə bağlı müvafiq göstərişlər verdiyini qeyd edərək deyib:

“Biz sizin səfərinizi, Bakıda, arzulasanız Azərbaycanın digər yerlərində qalmağınızı təşkil edəcəyik. Fikrimcə, bütövlükdə, bizim tədris müəssisələri ilə belə münasibətlərin, əlaqələrin yaradılması işlərinə artıq indi başlamaq lazımdır. Bu, bizim gəncləri əməkdaşlıq, qardaşlıq, dostluq ruhunda tərbiyə edəcək. Bu, bizi qarşılıqlı olaraq zənginləşdirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO