Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılara, dinləyicilərə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmaq, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmaq imkanı yaradacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
Məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışıldığını bildirən dövlətimizin başçısı bildirib ki, tələbələrimizin ölkələrimizdəki aparıcı ali məktəblərdə təhsil almasına və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar köklərimizə, ənənələrimizə gələcəkdə bizim kimi bağlı olmalıdırlar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:52 / 11.10.2022
İlham Əliyev Qırğızıstanlı həmkarı ilə ölkələrarası təhsili müzakirə edib
Hazırda oxunan: İlham Əliyev Qırğızıstanlı həmkarı ilə ölkələrarası təhsili müzakirə edib
Hazırda oxunan: İlham Əliyev Qırğızıstanlı həmkarı ilə ölkələrarası təhsili müzakirə edib
98749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.