İlham Əliyev: “Qırğızıstanla razılaşmalar əməkdaşlığın dərinləşməsinə kömək edəcək”

İlham Əliyev: “Qırğızıstanla razılaşmalar əməkdaşlığın dərinləşməsinə kömək edəcək”

Hazırda oxunan: İlham Əliyev: “Qırğızıstanla razılaşmalar əməkdaşlığın dərinləşməsinə kömək edəcək”

98697

“Azərbaycan-Qırğızıstan münasibətlərin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik”.

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında söyləyib.

Qırğızıstanlı həmkarı Sadır Japarovun yarım il bundan əvvəl Azərbaycana səfərini xatırladan dövlətimizin başçısı deyib ki, bu səfər zamanı ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb.
“Əminəm ki, mənim səfərimin yekunlarına dair əldə olunacaq razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO