“Ruslar Praqa görüşünün nəticələrinə çox qısqanclıqla yanaşır. Bu regionu ruslar öz “arxa bağçası” hesab edir. İndi isə sülhyaratma prosesindən kənarda qaldığını düşünür. Yeni müzakirələrin olacağı da şübhə doğurmur. Mənim zənnimcə, ruslar Brüssel prosesinə alternativ ortaya qoya bilməyəcəklər”.
Bu fikirləri Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişini Bizim.Media-ya şərh edərkən polotoloq Qabil Hüseynli deyib.
MÖVZU İLƏ BAĞLI:
“Rafael Qrossi Azərbaycanın tələbi ilə Ermənistana gəlib” – Qabil Hüseynlidən səfərin DETALLARI
O, əlavə edib ki, ABŞ da artıq ciddi surətdə prosesə qarışıbdı:
“Şəxsən bu iş Dövlət katibi Blinkenin nəzarəti altındadır. Avropa birliyi də bu məsələdə moderatorluğu əldən vermək fikrində deyil. İndi aranı qarışdırmaq istəyən Rusiyadır. Rusiya bu işlərə müəyyən əngəllər yaratmağa çalışır. Amma güman etmirəm ki, onun bu işi pozmağa gücü çatsın. Prosesin yolunda əngəllər ola bilər, gərginliklər yaşana bilər. Lakin bütövlükdə prosesi dayandırmaq, onu sıradan çıxarmaq zənnimcə artıq mümkün deyil”.
Qabil Hüseynlə onu da bildirib ki, qarşıda MDB dövlət başçılarının Astana görüşü var. Yəqin ki, orada üç tərəfli görüşdə bu məsələ bir daha müzakirə olunacaq:
“Nəzərə alaq ki, Praqa görüşü ərəfəsində Rusiya Cənubi Qafqazda sülhün yaranmasına “hə” demişdi. İndi nə deyəcək?! Onu proqnozlaşdırmaq bir qədər çətindir. Lakin, bütün hallarda Rusiyanın sülh prosesini əngəlləmək kimi bir lüksü yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media