İlham Əliyevi Bişkek hava limanında Qırğızıstan prezidenti qarşıladı - FOTO/VİDEO

İlham Əliyevi Bişkek hava limanında Qırğızıstan prezidenti qarşıladı - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyevi Bişkek hava limanında Qırğızıstan prezidenti qarşıladı - FOTO/VİDEO

98629

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, oktyabrın 11-də Qırğızıstana dövlət səfərinə gəlib.

Bizim.Media qırğız mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsi Manas Beynəlxalq Hava Limanına enib.

Hava limanında Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət bayraqları asılıb, fəxri qarovul dəstəsi düzülüb.

Hörmətli qonağı hava limanında Prezident Sadır Japarov qarşılayıb. Hər iki dövlətin başçıları üçün konsert proqramı təqdim olunub.

Dövlət səfəri çərçivəsində Qırğızıstan və Azərbaycan liderləri ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.

Bundan başqa, səfər çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, eləcə də Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO